Anbar hesabatlarını dəftərdə və ya Excel-də aparmaqdan yorulmusunuz? Gəlin həll edək

Təsəvvür edin: Ayın sonudur, anbar sayımı etmək lazımdır. Rəflərdəki mallarla siyahıdakı rəqəmlər üst-üstə düşmür. Hansısa məhsulun satışı qeyd olunmayıb, ya da hansısa mal anbarın bir küncündə unudulub qalıb. Bütün bu qarışıqlığı qaydaya salmaq isə saatlarınızı, bəzən günlərinizi alır.

Çox vaxt sahibkarlar anbar və kassa proqramlarına keçməyi sona qədər ertələyirlər. Çünki bazardakı mövcud ERP və anbar proqramları ilə bağlı ümumi qənaət belədir: "Çox bahadır", "Öyrənmək çətindir", "İnternet gedən kimi iş dayanacaq" və ya "Skaner, kompyuter kimi avadanlıqlara əlavə büdcə lazımdır". Bəs biz sizə desək ki, bütün bu problemləri arxada qoymaq mümkündür? Coo olaraq, platformanı yaradarkən məhz kiçik və orta bizneslərin bu reallıqlarını nəzərə aldıq. Məqsədimiz prosesi o qədər sadələşdirmək idi ki, istənilən şəxs texniki biliyi olmadan belə proqramı idarə edə bilsin. Heç bir avadanlıq almadan, cəmi 1 dəqiqəyə başlayın Yeni bir proqramın quraşdırılması adətən günlər, bəzən həftələr alır. Coo-da isə vəziyyət fərqlidir. Qeydiyyatdan keçirsiniz və tam 1 dəqiqə sonra şəxsi anbarınız işləməyə hazırdır. İlk məhsulunuzu əlavə edib dərhal satışa başlaya bilərsiniz. Əlavə xərclərə gəldikdə isə, xüsusi barkod oxuyuculara (skanerlərə) pul xərcləməyə ehtiyac yoxdur. İşçiləriniz sadəcə öz smartfonlarının kamerasından istifadə edərək malların barkodunu oxuda bilərlər. Yəni cibinizdəki telefon eyni zamanda həm anbar rəhbəriniz, həm də skaneriniz olur. İnternet kəsildi? İş dayanmır Azərbaycanda sahibkarların ən çox çəkindiyi məqamlardan biri də proqramların yalnız internetlə işləməsidir. İnternet getdisə, müştəri kassanın qarşısında gözləməlidir. Lakin Coo kassa proqramı oflayn rejimdə də tam problemsiz işləyir. Satışlarınızı edirsiniz, internet bağlantısı bərpa olunan kimi isə proqram avtomatik olaraq bütün məlumatları arxa fonda bazaya yükləyir. Günlük qəhvə pulundan daha ucuz Biznesə yeni başlayanda və ya kiçik biznes idarə edəndə hər manatın qədri bilinir. Buna görə də proqramın qiymətini hər kəs üçün əlçatan etdik. Ayda minlərlə manatlıq lisenziya xərcləri yerinə, Coo.az-dan istifadəyə ayda cəmi 9 manatdan başlayan paketlərlə başlaya bilərsiniz. Özünüz test edin, qərarı sonra verin Bütün bunları oxumaq yaxşıdır, amma ən yaxşısı proqramı öz işinizdə görməkdir. Coo-nu