Anbarı Səliqəyə Saldıq, Bəs Sonra? Peşəkar İdarəetmə Üçün 4 Qızıl Qayda

Əvvəlki yazımızda anbarın fiziki təşkilindən – məkanın planlanması, rəflərin düzgün yerləşdirilməsi və məhsulların barkodlaşdırılmasından bəhs etmişdik. Hər şey öz yerindədir, qutular səliqəli şəkildə düzülüb və etiketlənib. Bəs qutuları düzgün yerləşdirmək kifayətdirmi? Təbii ki, yox.

Fiziki nizam-intizam sadəcə birinci addımdır. İkinci və ən vacib addım isə bu sistemi strateji olaraq idarə etməkdir. Anbar idarəetməsi (Inventory Management) malların tədarükçüdən alınıb anbara girməsindən tutmuş, satılıb müştəriyə çatdırılmasına qədər olan dövriyyəni izləmək və optimallaşdırmaq deməkdir. Düzgün qurulmuş idarəetmə strategiyası sizi iki böyük maliyyə təhlükəsindən xilas edir: Bəs bu təhlükələrdən necə qorunmaq olar? Gəlin biznesinizi böyüdəcək 4 qızıl qaydaya nəzər salaq. İşinizə Yarayacaq 4 Effektiv Anbar Strategiyası Artıq anbarınız nizamlı olduğuna görə, məhsul axınını idarə etmək üçün bu dünyəvi texnikaları tətbiq etməyin əsl vaxtıdır: 1. Yenidən Sifariş Nöqtəsi (Reorder Point - ROP) Məhsul ehtiyatı hansı rəqəmə düşəndə yeni sifariş verməlisiniz? Çox vaxt sahibkarlar bunu "gözəyarı" edirlər. Lakin ROP sistemi bunu dəqiq hesablayır. Yeni malların gəlib çatma müddətini və Sizin gündəlik satış sürətinizi nəzərə alaraq, ROP sizə "Artıq sifariş verməyin vaxtıdır!" xəbərdarlığını edən kritik bir limitdir. 2. Təhlükəsizlik Zaxirəsi (Safety Stock) Bəzən gömrükdə gecikmə olur, bəzən isə hər hansı məhsula qəfil tələbat partlayışı yaranır. Bu cür fors-major hallarda satışın dayanmaması üçün anbarınızda həmişə toxunulmaz bir ehtiyat — "təhlükəsizlik zaxirəsi" olmalıdır. Bu, sizin biznesinizin qəza yastığıdır. 3. İqtisadi Sifariş Miqdarı (Economic Order Quantity - EOQ) Hər dəfə mal sifariş edəndə nə qədər gətirməlisiniz? Çox gətirsəniz, anbar dolacaq və saxlama xərcləri artacaq. Az gətirsəniz, tez-tez sifariş verdiyiniz üçün daşıma və logistika xərcləri cibinizə ziyan vuracaq. EOQ düsturu, həm daşıma, həm də saxlama xərclərini minimuma endirən ən ideal (iqtisadi) sifariş miqdarını tapmağa xidmət edir. 4. FİFO (İlk Gələn, İlk Gedər) Fiziki təşkilatlanmada da toxunduğumuz "First In, First Out" (FİFO) qaydası idarəetmədə də əsasdır. Anbara birinci daxil olan mal, anbardan birinci çıxmalıdır. Bu strategiya xüsusilə son istifadə tarixi olan və ya dəbi tez keçən