Barkod Sistemi Qurmaq: Vergi Kassası, Tərəzi və POS Terminalı Tək Ekranda Necə Birləşdirməli?

Mağazanızda barkod sistemi qurmaq istəyirsiniz? Vergi kassanızı (e-kassa), bank POS terminalını və barkodlu tərəzini tək bir mərkəzdən - Coo.az ekosistemindən idarə etməyin ən asan yolu.)

Mağaza və ya market açarkən sahibkarların ən çox axtardığı mövzulardan biri barkod sistemi qurmaq qaydasıdır. Adətən bir çoxları düşünür ki, kompüterə bir skaner (oxuyucu) taxmaqla iş bitir. Amma reallıqda kassanın arxasına keçdikdə mənzərə tam fərqli olur. Bir anlıq ənənəvi bir mağazadakı kassa masasını təsəvvür edək: Masanın üstündə bir kompüter (anbar proqramı üçün), onun yanında Dövlət Vergi Xidmətinə (e-kassa) bağlı ayrı bir aparat, bank kartlarını oxutmaq üçün POS terminal, bir kənarda isə tərəzi durur. Müştəri gəlir, satıcı əvvəlcə malı barkod oxuyucu ilə kompüterə vurur. Sonra dönür həmən məbləği (məsələn, 15.40 AZN) əllə e-kassaya yazır. Müştəri kartla ödəyəcəyini deyir, satıcı bu dəfə həmin rəqəmi əllə bankın POS terminalına yığır. Bu zaman arxada yaranan növbəni, müştərinin sıxılmasını və işçinin təsadüfən 15.40 əvəzinə 1.54 yazaraq edəcəyi zərəri təsəvvür edirsinizmi? Müasir dünyada barkod sistemi qurmaq sadəcə cihazları masaya yığmaq deyil, onları bir-biri ilə danışdırmaqdır. Bütün Cihazları Birləşdirən "Beyin" (Ekosistem) Sizin mağazanızdakı cihazların "kabel spagettisinə" və ya bir-birindən xəbərsiz işləyən aparatlara çevrilməməsi üçün güclü bir proqram təminatına ehtiyacınız var. Məhz bu ehtiyacı nəzərə alaraq, Coo.az platforması sadəcə bir "anbar proqramı" kimi deyil, mağazadakı bütün avadanlıqları tək ekranda birləşdirən "Vahid Ekosistem" kimi dizayn edilib. Gəlin baxaq, mükəmməl bir barkod sistemi qurduqda proseslər necə asanlaşır: 1. Vergi Kassası (E-Kassa) İnteqrasiyası Qanunvericiliyə əsasən, satılan hər bir məhsulun məlumatı onlayn şəkildə vergi orqanına ötürülməlidir. Coo.az sistemi ölkədəki müasir yeni nəsil e-kassalarla tam inteqrasiya olunmuş şəkildə işləyir. Siz Coo-nun satış ekranında barkodu oxutduğunuz və "Sat" düyməsini basdığınız an, məlumat saniyənin mində biri sürətində vergi kassanıza göndərilir və rəsmi fiskal çek çap olunur. Satıcının məbləği əllə ikinci dəfə yazmasına ehtiyac qalmır. Xəta riski sıfıra enir! 2. Bank POS Terminal