Coo Bələdçisi ilə Hər Səhifədə Bir Kliklə Kömək

Biznesinizi idarə edərkən onlarla fərqli səhifə, hesabat və alət arasında işləmək bəzən yorucu ola bilər. "Sifarişlər", "Anbar", "Kassa", "Müştərilər (CRM)" – bütün bu modulların içində hərəkət edərkən bəzən avtomatik olaraq "Burada nə etməliyəm?" və ya "Bu düymə nə üçündür?" sualı yaranır.

Biz Coo olaraq istəmirik ki, siz suallarınıza cavab tapmaq üçün işinizi yarımçıq qoyub başqa səhifələrdə axtarış edəsiniz. Məhz bu səbəbdən Coo Bələdçisini yaratdıq. Bu bələdçi kiçik bir detal kimi görünsə də, gündəlik işinizi xeyli asanlaşdıracaq vacib bir köməkçidir. Coo Bələdçisi Nədir? Sadə dildə desək, Coo Bələdçisi idarə panelinizə tam inteqrasiya olunmuş ağıllı kömək sistemidir. Sizin vaxtınıza qənaət etmək üçün bu sistem iki fərqli formada işləyir: Ağıllı Kömək Necə İşləyir? Sizi "Anlayan" Sistem Digər proqramlarda adətən "Kömək" düyməsinə basanda sizi yüzlərlə məqalənin olduğu ümumi bir səhifəyə atır və probleminizi özünüz axtarıb tapmalı olursunuz. Coo-da isə vəziyyət fərqlidir: sistem sizin harada olduğunuzu bilir. Əgər daxil olduğunuz səhifə üçün hələ təlimat yazılmayıbsa, sistem sizi nəzakətlə ümumi bələdçi mərkəzinə yönləndirəcək. Yəni, siz heç vaxt cavabsız qalmırsınız. Bir Məqalə, İki Ünvan: Sizin və Komandanız Üçün Rahatlıq Biz Coo olaraq təlimatları elə qurmuşuq ki, eyni məlumat həm sistemin içində işləyərkən ekrana gəlir, həm də açıq internetdə axtarışa uyğun olur. Bunun sizə nə faydası var? Sözümüzün mustafası... Coo Core adi bir idarə paneli deyil, sizinlə birlikdə işləyən bir platformadır. Coo Bələdçisi "hər səhifə üçün bir kliklə kömək" məntiqi ilə sizi uzun-uzadı təlimatlar oxumaqdan xilas edir və yalnız ehtiyacınız olanı, ehtiyacınız olan anda sizə təqdim edir. Beləliklə, siz diqqətinizi paneli necə işlətməyə yox, öz biznesinizi necə böyütməyə cəmləyirsiniz!