ERP Kimə Lazımdır? "Bu Mənə Aid Deyil" Deyənlər Üçün

Çoxları ERP eşidəndə düşünür: "Bu böyük zavodlar üçündür, mənə nə dəxli?" Amma əslində tam tərsinədir. Ən çox ERP-yə ehtiyacı olanlar, çox vaxt bunun fərqindəmi deyillər. Gəl bir neçə real nümunəyə baxaq.

Tikinti şirkəti Azərbaycanda tikinti sektoru böyük, amma idarəetmə hələ də çox vaxt köhnə üsullarla gedir. Bir layihədə onlarla işçi, yüzlərlə material növü, müxtəlif təchizatçılar... Bütün bunları kim izləyir? Çox vaxt ya baş mühəndis, ya da sahibin özü — telefonla, dəftərlə, yaddaşla. Hansı materialdan nə qədər istifadə olundu? Qalan hara getdi? Hansı işçi neçə gün çalışdı? Bunların cavabı çox vaxt dəqiq olmur. ERP bu sektorda xüsusilə güclüdür — hər layihəni ayrıca izləyir, xərcləri real vaxtda göstərir. Klinika və tibb mərkəzləri Bu sahədə ERP-dən danışılmır demək olar. Halbuki xəstə qeydiyyatı, həkim cədvəli, dərman anbarı, ödəniş... Bunların hamısı ayrı-ayrı dəftərlərdə, proqramlarda olur. Xəstə gəlir, kartını tapmaq üçün 10 dəqiqə axtarırlar. Dərman bitib, amma heç kim bilmir. Hansı həkim nə vaxt boşdur — suala cavab vermək üçün bir neçə nəfərə zəng edirlər. Bütün bunlar idarəetmə problemidir, tibb problemi deyil. ERP bu qarışıqlığı aradan qaldırır. Restoran və kafe şəbəkələri Tək bir kafe üçün bəlkə lazım deyil. Amma 3-4 filialın varsa — artıq hər filialda nə qədər məhsul işlənib, hansı filial daha çox gəlir gətirir, hansında israf var — bunları görmək üçün ya hər yerə baş çəkirsən, ya da heç bilmirsən. Azərbaycanda kafe-restoran biznesinin xeyli hissəsi "hissiyatla" idarə olunur. Bu, kiçikdə işləyir. Böyüdükcə işləmir. Topdansatış və distribütorlar "Bizdə 1C var" — bu sahədə ən çox eşidilən cavabdır. 1C mühasibat üçün yaxşıdır, amma müştəri münasibətlərini, satış dinamikasını, sahə işçilərinin fəaliyyətini izləmir. Hansı müştəri ödəməyi gecikdirir? Hansı bölgədə satış düşüb? Hansı məhsul sezon xaricindədir? Bunlara cavab üçün ayrıca proqrama, ayrıca cədvələ ehtiyac duyulur. ERP isə bunların hamısını bir yerdə göstərir. İstehsalat kiçik olsa belə Azərbaycanda ev şəraitindən başlayan, sonra kiçik emalatxanaya çevrilən çox müəssisə var. Qida, geyim, əl işi, tikinti materialları... Sahibi həm istehsal edir, həm satır, həm də hesab aparır. Bir müddət sonra başı