Mağazanın Hesabını Excel-də Aparmaq Niyə Təhlükəlidir? (Və Nə Vaxt Bulud Sisteminə Keçməli?)
İstənilən biznesin ilk günlərini yada salaq: İlk mallar gəlir, böyük bir həvəslə kompyuteri açıb yeni bir Excel (yaxud da elə adi nisyə dəftəri) yaradırsınız. Bir sütuna malın adını, digərinə qiymətini, o birinə də sayını yazırsınız. İlk 3-4 ay üçün bu sistem əla işləyir. Heç bir proqrama pul vermirsiniz, hər şey gözünüzün önündədir.
Bəs sonra nə baş verir? İşlər böyüyür. Təsəvvür edin ki, Bakıda kiçik bir mağazanız və İnstagram səhifəniz var. Gündə 5-10 yox, 50-60 satış etməyə başlayırsınız. Bax, o zaman o sevimli Excel cədvəli yavaş-yavaş sizin ən böyük kabusunuza çevrilir. Niyə? Gəlin bizneslərin ən çox büdrədiyi o "görünməz" səhvlərə baxaq. "Sklad" Qarışıb: Mallar Hara Gedir? Ticarətdə ən böyük problem sinxorinzasiyanın olmamasıdır. Satıcı kassada malı satır, amma Excel-də sayını azaltmağı unudur. Yaxud da siz evdən İnstagram-da kimsə sifariş verdiyi üçün cədvəldən 1 ədəd silirsiniz, ancaq o mal elə o saniyə mağazada başqasına satılır. Nəticədə inventarizasiya (sayım) edəndə görürsünüz ki, cədvəldə 10 dənə olan maldan anbarda əsər-əlamət yoxdur. Və ya əksinə, rəfdə mal qalıb tozlanır, amma "bazada yoxdur" deyə satışa çıxarılmır. Excel Səhvləri Bağışlamır Excel-də bir xananın (yaxud formulanın) səhvən silinməsi bütün ayın maya dəyərini, qazancını və qalıqlarını məhv edə bilər. Dəfələrlə şahidi olmuşuq ki, kiçik bir "Copy-Paste" (kopyala-yapışdır) səhvinə görə sahibkarlar ayın sonunda minlərlə manat ziyanda olduqlarını sonradan öyrənirlər. Bəs Nə Vaxt "Bulud"a (Online Sistemə) Keçməliyik? Aşağıdakı 3 əlamətdən biri artıq sizin biznesinizdə varsa, deməli, Excel-dən qurtulmağın vaxtı çoxdan çatıb: Bir Paneldə Birləşmə: Coo Sistemi Sizi Necə Xilas Edir? Bu gün onlarla proqrama ehtiyac yoxdur. Məsələn, Coo.az kimi yerli bulud sistemlərinin məntiqi çox sadədir: Anbar, kassa və onlayn satış bir paneldə birləşir. Siz malı sistemə daxil edirsiniz. Satıcı kassada ("POS") həmin malı oxudub satan kimi, saniyəsində anbarınızdan da silinir, onlayn mağazanızdan da. Hər şey canlı və avtomatik baş verir. Üstəlik, "gizli ödənişlər", "server xərcləri" və ya böyük İT büdcəsi yoxdur. Tam şəffaf aylıq paketlərlə bütün xaosu bitirirsiniz. Unutmayın: Excel başlamaq üçün əladır, amma böyümək üçün yox. Biznesinizin stokunu və gəlirini yorucu cədvəllərə deyil, işləyən sistemlərə əmanət edin!