Rəqəmlərin İçində Boğulmayın: COO Strategiya Bölməsi Biznesinizi Necə Böyüdür?
Adi satış proqramları sadəcə qazancınızı sayır, amma niyə qazandığınızı və ya itirdiyinizi demir. COO-nun "Strategiya" bölməsi isə biznesinizin zəif nöqtələrini tapır və sahibkara avtomatik həll yolları təklif edir. Rəqəmsal biznes diaqnostikası ilə tanış olun!
Mağazanızda gündə onlarla, bəzən yüzlərlə satış olur. Kassa proqramı günün sonunda yekun rəqəmi göstərir, Excel cədvəli ay sonu yığılır, mühasib isə sizə "quru" bir hesabat verir. Kənardan baxanda hər şey qaydasındadır: Satış var. Amma hər bir sahibkarın beynini gəmirən o əsas suallar həmişə cavabsız qalır: Adi satış və anbar proqramları bu suallara cavab verə bilməz. Onlar sadəcə "nə baş verdiyini" (tarixi) qeyd edirlər. Coo isə fərqli bir fəlsəfə ilə işləyir: O, sizə biznesinizin haraya getdiyini və qəzanın qarşısını almaq üçün sükanı nə vaxt, hansı tərəfə fırlatmalı olduğunuzu göstərir. "Strategiya" Bölməsi Nədir? (Bu, sadəcə bir qrafik deyil) Coo platformasının Hesabatlar hissəsinə daxil olduğunuzda, Mənfəət və Satış hesabatlarının içində xüsusi bir "Strategiya" tabı görəcəksiniz. Bu, rəngli qrafiklərdən ibarət sıradan bir səhifə deyil; bu, birbaşa sahibkar üçün hazırlanmış, eynən bir həkim kimi işləyən rəqəmsal diaqnostika panelidir. Coo-da hər bir biznes analizi 3 sadə və anlaşılan addımda qurulur: Gördüyünüz kimi, bu rəqəmləri oxumaq üçün iqtisadçı və ya maliyyəçi olmağa ehtiyac yoxdur. Coo mürəkkəb akademik analizi sadə, insan dilində və hərəkətə yönəlik formada sizə təqdim edir. Mənfəət Strategiyası: Pulunuz haradan gəlir, haradan qaçır? Bir çox proqramlar yalnız kassanıza girən pulu (ümumi dövriyyəni) göstərir. Bu isə illüziyadır. Sahibkarı yaşadan dövriyyə deyil, xalis mənfəət və marjadır (qazanc dərəcəsi). Coo Mənfəət Strategiyası nələr edir? Stataiskeçmişdə olanları xəbər verir. Coo Strategiyası isə gələcək qərarlarınızı formalaşdırır. Satış Strategiyası: Sorun müştəridədir, yoxsa qiymətdə? Satışlar azalanda əksər sahibkarlar təşvişə düşüb "hər şey pis gedir" deyirlər. Coo isə otağın işıqlarını yandırır və problemin dəqiq yerini göstərir. Biznesdə təməl bir formula var: Satış = Müştəri Sayı × Orta Çek Coo-nun Strategiya bölməsi bunu avtomatik parçalayır və sizə deyir: Sizin köhnə proqramınız sizə "Bu gün 4 200 AZN satdınız" deyir. Coo isə si