Xırdavat Dükanında Alveri Qızışdırmağın Sirləri: Bazarın Yazılmamış Qanunları
Tikinti materialları, yəni xırdavat dükanı açmaq elə-belə qapıya "Sement, qum, mismar var" yazmaqla bitmir, qardaşım. Bu işin özəlliyi odur ki, dükanda 10 qəpiklik şurup da var, 200 manatlıq drel də. Bəs bu qədər xırda-xuruşun içində dövriyyəni necə qaldırmaq, pulu necə qazanmaq lazımdır? Gəl sənə tikinti bazarının yazılmamış bəzi qanunlarından danışım.
Birinci və ən vacib qayda: Ustalar sənin çörək ağacındır. Dükanın qabağından keçən adi vətəndaş gəlib uzağı bir dənə lampa alıb gedəcək. Amma usta gəlib obyektin bütün santexnika, elektrik və ya malyar işini sənin dükanından görə bilər. Ona görə də ustalarla həmişə "şirin" olmalısan. Onlara xüsusi hörmət elə, çayını-kofesini əskik etmə və ən əsası "şirinlik" (yəni faiz) məsələsini həmişə dəqiq hesablaş. Usta bilməlidir ki, müştərini sənin dükanına gətirəndə həm müştəri yaxşı mal alacaq, həm də ustanın öz cibi boş qalmayacaq. Belə olanda heç vaxt başqa dükana getməz. Malı satanda heç vaxt quru-quru tək mal satma. Xırdavat biznesində kassanı şişirdən şey "komplekt" satışdır. Müştəri gəlib 10 litrlik kraska alır? Sən həmin an şotkanı, valiki, mayar skoçunu, asetonu sakitçə yığ qabağına. Denən "Bunu da verim, işin ortasında lazım olacaq, yoxsa yenidən dükana qaçmalı olacaqsan". Santexnik boru alır? Fitinqləri, teflon lenti, jidki mismarı da yanında təklif elə. Müştəri onsuz da bunu alacaqdı, sadəcə sən xatırladanda həm onu yolda qalmaqdan qurtarırsan, həm də xırda detallardan böyük qazanc çıxarırsan. Vitrin məsələsi də çox önəmlidir. Tikinti dükanıdır deyə hər yer toz-torpaq içində olmalı deyil. Sementin, gipsin tozu o bər-bəzəkli bahalı drellərin, lüstraların üstünə çökməsin. Adamlar parlaq, təmiz şeylərə pul verməyi xoşlayır. Bahalı və brend malları həmişə göz qabağına, təmiz vitrinə yığ ki, müştəri dükana girəndə "hə, burda keyfiyyətli mal var" desin. Amma gələk bu işin ən "qara" tərəfinə: Sklad və hesab-kitab zülmünə. Xırdavat dükanında ən azı 5 min, 10 min çeşid mal olur. Hansı şurupdan nə qədər qaldı, filan metlağın kvadratı neçəyə gəlmişdi, dünənki ustanın nisyə borcu nə qədərdir... Bunları qalın nisyə dəftərlərində yazıb yadda saxlamaq mümkün deyil. Axşam kassanı sayanda mütləq nəsə əskik çıxır, ya da hansısa mal yaddan çıxıb satılmır. Bu zülmdən canını qurtarmaq üçün o köhnə dəftərləri tullayıb müasir ERP (anbar və satış) sisteminə keçməlisən. Məsələn, Coo deyə