Yayda Nə Satmaq Olar? (2026-cı il üçün ən gəlirli 3 mövsümi biznes və onların görünməyən tərəfi)

Hər il may ayı gələndə Google-da ən çox axtarılan, forumlarda ən çox müzakirə edilən bir mövzu var: "Yayda nə satım?", "Yay mövsümündə necə pul qazanmaq olar?".

Havalar isinir, çimərlik mövsümü açılır, ərəb turistlər şəhərə doluşur, yerli camaat isə Qubaya, İsmayıllıya üz tutur. Təbii ki, bu da bazarda böyük bir pul axını yaradır. Gəlin düzünü danışaq, yay aylarında bəzi bizneslər var ki, 3 ay ərzində qazandıqları pul onlara bütün ili bəs edir. Bəs 2026-nın yayında ən çox trenddə olacaq və gəlir gətirəcək sahələr hansılardır? Mən sizə ən populyar 3 sahəni və bu işə girənlərin adətən harada büdrədiyini yazacağam. 1. İnstagram-da Çimərlik Geyimləri və Eynək Satışı Yayda ən çox satılan malların siyahısına baxsanız, birinci yerdə həmişə gün eynəkləri, çimərlik çantaları, kətan köynəklər və şlyapalar gəlir. İnsanlar tətilə getməmişdən əvvəl mütləq qarderobunu yeniləyir. Çox adam heç obyekt də açmır, sadəcə Sədərəkdən və ya xaricdən malı gətirib İnstagram səhifəsində satır. Riski nədir? İyunun ortasında sifarişlər partlayanda "Direct"ə gələn 100 mesaja cavab verməkdən adamın gözünün kökü saralır. Hansı eynəkdən neçə dənə qaldı, kim kuryeri hara çağırdı – hamısı bir-birinə qarışır. 2. Daxili Turlar və Kempinq Təşkili Son illər hamı dağa-meşəyə qaçır. Həftəsonu Qəbələyə, Şahdağa və ya Lənkərana 15-20 nəfərlik turlar təşkil etmək çox gəlirlidir. Bir dənə Sprinter danışırsan, marşrutu cızırsan, qrupu yığıb gedirsən. Riski nədir? Qrupu yığmaq ən böyük dərddir. WhatsApp qrupu açırsan, biri deyir "pulu maaşda verəcəm", o biri deyir "mənim yerimi qabaqdan sal", üçüncüsü də gəlməyə 2 saat qalmış fikrini dəyişir. Hesab-kitab dəftəri olur "müharibə zonası". Nəticədə turdan nə qədər qazandığını özün də bilmirsən. 3. "Rent a Car" (Avtomobil İcarəsi) Ölkəyə gələn turistlərin və rayona getmək istəyən gənclərin ən çox axtardığı şey günlük maşınlardır. Əlinizdə 2-3 dənə maşın varsa və ya tanışların maşınlarını faizlə arendaya verirsinizsə, yayda dayanmadan işləyəcəksiniz. Riski nədir? Hansı maşın kimdədir? Kimi depozit verib, kimin borcu qaldı? Yağdəyişmə vaxtı nə vaxt idi? Bunları yadda saxlamaq və ya maşının bardçokunda gəzən bir vərəqə yazmaq