Zapçast Dükanında Qazancı Artırmağın Yolları
Zapçast dükanı işlətmək elə-belə rəfə mal yığmaqla bitmir, qardaşım. Skladda toz basıb qalan detalları nağd pula çevirmək, kassanı doldurmaq istəyirsənsə, bəzi fəndləri bilməlisən. Gəl sənə dükanın dövriyyəsini qaldırmaq və işini rahatlaşdırmaq üçün real həyatda işləyən bəzi yollardan danışım.
Birinci növbədə malın karobkasına və "vidinə" möhkəm fikir vermək lazımdır. Karobkası cırıq, üstü yağ-pas içində olan malı vitrinə qoyma. Usta və ya klient o malı görəndə həmən şübhələnir, başlayır qiyməti "öldürməyə". Hətta daşınma vaxtı əzilən, cırılan karobkaları belə tullamaq və ya yarı qiymətinə satmaq əvəzinə, səliqəyə sal, skoçla, "vidə" gətir, sonra vitrinə qoy. Upakovkası təmiz, səliqəli olan mal adamda etibar yaradır, müştəri onun üstündə çox bazarlaşa bilmir. Malı satanda çalış tək-tək yox, "komplekt" satasan. Adam mator yağı alırsa, mütləq yağ filtrini, hava filtrini də yavaşca sırımağa çalış. Və ya peredok yığdırırsa, ona lazım olacaq o biri rezinləri, şarovoyları da paket kimi təklif elə. Hətta vitrində yatan, satılması çətin olan detalları da belə xodovoy mallara qoşub cəlbedici şəkildə sata bilərsən. Belə eləyəndə həm skladdakı "ölü" mal əridib gedir, həm də axşam kassanı sayanda fərqi özün hiss edirsən. Ticarətdə, xüsusən də bizim zapçast bazarında klientin mentalitetini bilmək şərtdir. Bizim millət skidkasız nəsə almaz. Ona görə də mala elə daxildən ən ölü qiyməti oxuma. Üstünə bir az "zapas" qoy ki, usta gəlib "qardaş, bunun ən aşağı yeri nədi?" soruşanda düşməyə yerin olsun, klient də sevinsin ki, ona hörmət elədin. Amma müştərinin də kimliyinə baxmaq lazımdır. Məsələn, səhər dükanı açan kimi gəlib böyük skidka istəyənlərə aldanıb malı su qiymətinə vermə. Günorta saatlarında maşını podyomnikdə usta yanında qalan, təcili mal axtaran və nə desən o pulu verəcək real müştərilər onsuz da gələcək. Öz qiymətini qoru. Bir də alverçilərə qarşı oyanıq ol, bəziləri sırf gəlir ki, səndən "topdan" adı ilə malı ucuz qoparsın, aparıb başqa yerdə satsın. Belələrinə malı ucuz verib, öz real klientin gələndə onu əliboş qaytarma. İşin ən çətin və adamı yoran tərəfi isə skladı və hesab-kitabı idarə etməkdir. Bütün gün dükanın içində təkbaşına fırlanıb on minlərlə zapçastın kodunu, qiymətini yadda saxlamaq adamın beynini xarab edir. Axşama yaxın bezib malı ucuz verir