Loyalty Kartları

Bu səhifədə mağazanızın müştərilərinə paylayacağınız fiziki plastik kart nömrələrini idarə edirsiniz. Fiziki kart nədir, nə üçündür? Bəzi mağazalar müştərilərinə üzərində nömrə yazılmış plastik kart verir. Müştəri bu kartı kassirə göstərir → kassir nömrəni oxudur → sistem müştərini tapır və balansı yükləyir. Kartın faydası: Müştəri adını, telefonunu söyləmədən yalnız kartla özünü tanıtdırır. Proses daha sürətli olur. Kart olmadan da sistem işləyir — müştəri adı, telefonu və ya sistem kodu ilə də tapıla bilər. Fiziki kart isteğe bağlıdır. Kart Statusları Kart Siyahısı Səhifə açıldıqda bütün kartlar cədvəldə görünür. Status açılan menyusu ilə yalnız boş, bağlı və ya deaktiv kartları süzgəcdən keçirə bilərsiniz. Toplu İdxal (Nömrə Aralığı) Kart çapdıranda bir sıra nömrə alırsınız (məs. 10000001-dən 10001000-ə qədər). Bunları bir anda sisteme yükləmək üçün: Bir anda maksimum 10 000 kart yüklənə bilər. Artıq mövcud nömrələr ikinci dəfə əlavə edilmir — dublikat problemi olmaz. İdxal tamamlandıqdan sonra bütün kartlar Boş statusunda görünür — müştərilərə paylama üçün hazırdır. Müştəriyə Kart Bağlama Boş bir kartı müştəriyə vermək üçün: Bağlandıqdan sonra kart həmin müştəriyə aid olur. POS-da bu kart nömrəsi oxudulduqda müştəri avtomatik tapılır. Qeyd: Yalnız sistemdə qeydiyyatı olan müştərilər siyahıda görünür. POS-dan qeydiyyatdan keçirilməmiş şəxslər axtarış nəticəsində çıxmaz. Kartı Müştəridən Ayırmaq Müştərinin kartı başqasına vermək lazım gəlsə: Kartı Bloklamaq (İtirilmiş / Sınmış kart) Kart itibsə və ya sınıbsa: Müştərinin balansı qorunur — yalnız kart bloklanır. Müştəriyə yeni kart verilib bağlana bilər. Eyni Müştəriyə Yeni Kart Vermək Müştərinin köhnə kartı itibsə: Müştərinin əvvəlki balansı və tarixçəsi tam qorunur. Yalnız kart nömrəsi dəyişir. POS-da Boş Kart Daxil Ediləndə Kassir POS-da müştəri axtarışına hovuzdakı boş bir kart nömrəsini daxil edərsə sistem avtomatik "Bu kart