Bonus Proqramı
Bu səhifədə müştərilərinizin hər alışdan bonus (cashback) qazanmasını və həmin bonusla sonrakı alışlarda ödəniş etməsini tənzimləyirsiniz. Bu sistem nə üçündür? Müştəri sizdən alış edir → hər alışdan kiçik bir faiz bonus kimi onun hesabına yazılır → növbəti dəfə kassir həmin bonusu ödənişə tətbiq edir. Müştəri bu bonusu nağd kimi istifadə edə bilir. Nəticə: Müştəri sizin mağazanıza daha tez-tez gəlir; siz isə heç bir əlavə xərc çəkmədən sadiqlik yaradırsınız. Başlamazdan əvvəl Bu səhifədə proqramı qurursunuz, amma POS bonus müştəriyə görünmək üçün mağaza tərəfdə də açılmalıdır. Bunun üçün: Anbar İdarəetməsi → Anbarı redaktə et → "POS bonus / loyalty" işarəsini açın Yəni: proqramı burada qurursunuz, hər mağazada isə ayrıca açıb-bağlaya bilirsiniz. Proqramı Aktiv Etmək Səhifənin sağ üst küncündəki Aktiv çeki açıq olmalıdır. Qapalı olanda proqram heç bir mağazada işləmir — müştərilər bonus görməz, qazanmaz. Parametrlər Ad Proqramın adı — yalnız admin tərəfin daxilindədir, müştəri görməz. İstədiyiniz adı verə bilərsiniz, məs. "Sadiqlik Proqramı" və ya "Cashback 2025". Qazanc faizi (%) Hər 1 ₼ nağd/kart ödənişindən müştərinin qazanacağı bonus faizi. Nümunə: 💡 Tövsiyə: Ticarət sektorunda ən geniş yayılmış dəyər 1–3% arasındadır. Çox yüksək faiz gəlirliliyinizi azaldır. Minimum sifariş (qazanc üçün) Bu məbləğdən az alışlarda bonus verilmir. Kiçik alışlara bonus vermək istəmiriksinizsə bu sahəni doldurun. Nümunə: Bonusla ödənişə icazə Bu çek açıq olanda müştərilər topladıqları bonusla ödəniş edə bilər. Qapalı olanda müştərilər bonus yığa bilər, amma istifadə edə bilməz (bonusu gizli saxlamaq üçün faydalıdır — məs. proqramı test edərkən). Max ödənişin neçə faizi bonus ola bilər (%) Müştərinin bir sifarişdə bonusla ödəyə biləcəyi maksimum faiz. Bu, müştərinin bütün bonusunu bir anda istifadə etməsinin qarşısını alır. Nümunə: 💡 Tövsiyə: 30–50% arasında