Rezervasiya modulu

1. Ümumi baxış Rezervasiya modulu müştərilərin onlayn olaraq xidmət seçib, tarix və vaxt slotu seçərək randevu almağını təmin edir. Müştəri saytınızdan və ya paylaşdığınız xüsusi linkdən (məs. WhatsApp, Instagram) rezervasiya edə bilər. Sistem yalnız mövcud və boş vaxtları göstərir; eyni slotu iki müştəri tuta bilməz. Kimlər üçün uyğundur: Bərbərlər, gözəllik salonları, klinikalar, stomatoloqlar, spa, masaj otaqları, müəllimlər (dərs növbəsi), ustalar və hər hansı xidmət əsaslı randevu qəbul edən bizneslər. 2. Necə işləyir (addım-addım) 2.1 Admin tərəfi (sizin etdiyiniz) 2.2 Müştəri tərəfi (saytda) Sistem yalnız iş saatları içində, fasilə vaxtı olmayan və başqa rezervasiya ilə dolu olmayan slotları göstərir. 3. Xidmət və resurs idarəeti 3.1 Xidmət nədir? Xidmət müştərinin seçdiyi məhsuldur: məs. «Saç kəsimi», «30 dəq konsultasiya», «1 saat masaj». Hər xidmətin: Real nümunə — bərbər:«Saç kəsimi» 30 dəq, 15 ₼, 15 dəq interval, maks 7 gün qabağa, paralel 1. Resurs: «Usta Əli». Real nümunə — klinika:«Ümumi konsultasiya» 45 dəq, 50 ₼, 30 dəq interval, maks 30 gün qabağa, paralel 3. Resurslar: «Dr. A», «Dr. B», «Dr. C» — sistem hər həkimin boş vaxtını birləşdirib göstərir. 3.2 Resurs nədir? Resurs xidməti təmin edən vahiddir: Hər resurs üçün: Real nümunə — bərbər:Usta Əli: Bazar ertəsi–Şənbə 10:00–19:00. Fasilə: hər gün 13:00–15:00 «Nahar». Bazar işləmir (cədvəldə boş). Real nümunə — klinika:Dr. A: Bazar ertəsi–Cümə 09:00–18:00, nahar 13:00–14:00. Çərşənbə axşamı bütün gün fasilə (təlimdə). 3.3 Xidmət–resurs əlaqəsi 4. Saytda tətbiq (müştəri tərəfi) 4.1 Rezervasiya səhifəsi 4.2 Addımlar Təsdiqdən sonra uğur mesajı göstərilir; arxa planda CRM-də müştəri yaradıla/əlaqələndirilə bilər və Axın (workflow) vasitəsilə SMS/e-poçt və s. göndərilə bilər. 4.3 Fasilələrin təsiri Admində resurs üçün təyin etdiyiniz bütün fasilələr (saat fasiləsi və bütün gün) saytda