Kateqoriyalar

Məhsul kateqoriyaları — qarşılıqlı əlaqə Kateqoriyalar məhsulları məntiqi qruplara ayırır. Hər məhsul əlavə edərkən və ya redaktə edərkən bir kateqoriya mütləq seçilir; ona görə əvvəlcə bu səhifədən kateqoriya strukturunu qurmaq məsləhətdir. Kateqoriya harada işlənir Məhsullar: «Yeni məhsul» və məhsul redaktə formasında kateqoriya siyahıdan seçilir; filtrlərdə kateqoriyaya görə siyahı daraldılır. Anbar: stok siyahısında kateqoriya üzrə filtr. Hesabatlar: satış və məhsul hesabatlarında kateqoriya üzrə qruplaşdırma. Sayt: müştəri saytında kateqoriya üzrə kataloq və menyu (əgər sayt modulu açıqdirsa). Marka ilə fərq Kateqoriya «nə tip məhsul» (məs: Elektronika, Ərzaq), marka isə «hansı brend» (məs: Samsung, Apple) üçündür. Məhsulda həm kateqoriya həm də marka/model ola bilər; ikisi müstəqil seçilir. Markaları «Markalar və Modellər» səhifəsindən idarə edirsiniz. Üst kateqoriya Alt kateqoriya dəstəyi varsa, kateqoriya yaradarkən «Üst kateqoriya» seçə bilərsiniz. Ana–alt əlaqəsi filtrlərdə və sayt menyusunda ierarxiya kimi göstərilir.