Məhsullar
Məhsul kataloqu — harda nəyə basmaq Bu səhifə bütün məhsullarınızı siyahı və ya kart şəklində göstərir. Üstdə səhifə başlığı «Məhsullar» və sağ tərəfdə əməliyyat düymələri var. Yeni məhsul əlavə etmək Kompüterdə: səhifənin sağ üstündə mavi «Yeni Məhsul» düyməsinə basın (plus işarəsi ilə). Mobildə: aşağıya scroll edib eyni mavi «Yeni Məhsul» düyməsini tapın və basın. Sizi «Yeni məhsul» formasına aparacaq. Əsas məlumatları doldurub yuxarıdakı «Yadda Saxla» düyməsinə basın. Plan limitinə çatdınızsa «Yeni Məhsul» aktiv olmayacaq; xəbərdarlıqda göstərilir. Məhsulu redaktə etmək Siyahıda və ya kart görünüşündə məhsulun sətirinə və ya kartına klik edin (və ya toxunun). Açılan məhsul səhifəsində qiymət, stok, barkod, şəkil və s. dəyişə bilərsiniz; dəyişiklikləri «Yadda Saxla» ilə təsdiq edin. Filtirlər — siyahını daraltmaq Kompüterdə: siyahının üstündə və ya yanında «Kateqoriya», «Marka», «Status» seçiciləri var. Kateqoriya üçün «Bütün Kateqoriyalar» və ya konkret kateqoriya seçin; Marka üçün «Bütün Markalar» və ya bir marka; Status üçün «Hamısı», «Az qalıb», «Tükənib», «Satışda» və ya «Satışdan çıxarılıb» seçin. Mobildə: «Filtrləmə» (və ya «Filtrlər») düyməsinə basın; açılan paneldə eyni Kateqoriya, Marka və Status seçimlərini görəcəksiniz. Filtrləri təmizləmək üçün «Filtrləri Sıfırla» düyməsinə basın. Axtarış və digər əməliyyatlar Axtarış sahəsindən məhsul adı və ya barkod yazaraq siyahını daraldın; barkod skaneri ilə skan edəndə birbaşa həmin məhsula keçid ola bilər. «Export» — məhsul siyahısını fayl kimi endirmək. «Excel-dan İmport» — Excel faylından məhsul əlavə etmək. Bir neçə məhsul seçib «seçiləni sil» düyməsi ilə toplu silmə (yalnız stoku sıfır olanlar silinə bilər). Stok və partiyalar Hər məhsulun cəmi stoku anbarlardakı partiyaların cəmidir. Stok artırmaq üçün sol menyudan «Alışlar»a keçib alış qeydi yaradın; stok azalması sifariş və ya POS satışı ilə avtomatik olur. Məhsula klik edəndə açılan səhifədə partiyaları və anbar üzrə qalığı görə bilərsiniz. Məhsul silm