Alışlar

Alış qeydləri və anbara giriş Alışlar təchizatçıdan məhsul girişinin sənədləridir. Hər alış qeydi bir və ya bir neçə məhsulu partiya ilə müəyyən anbara qəbul edir; stok avtomatik artır. Yeni alış necə yaradılır «Yeni alış» düyməsinə basın. Təchizatçı və anbar seçin, məhsulları barkod/məhsul axtarışı ilə əlavə edin, miqdar və (istəsəniz) alış qiyməti daxil edin. Təsdiq etdikdə partiya yaranır və anbar stoku yenilənir. Barkod və skaner Məhsul əlavə edərkən barkod skaneri ilə skan edə və ya əl ilə kod daxil edə bilərsiniz. Coo Scanner (telefon PWA) ilə paneldə açıq olan səhifəyə barcode göndərib sürətli əlavə etmək mümkündür. Partiya nə üçündür Hər alış bir partiya (batch) yaradır: giriş tarixi, təchizatçı, alış qiyməti, son istifadə tarixi kimi məlumatlar partiya ilə saxlanır. Satış və transfer zamanı stok partiyalar üzrə azalır; hesabat və FIFO üçün faydalıdır.