Anbar stoku proqramda necə izlənir?
Coo Anbar modulu hər məhsulun hansı anbarda neçə ədəd olduğunu real vaxtda göstərir. Satış (POS), alış (Purchases), transfer və inventar sayımı stoku avtomatik yeniləyir.
Stok haradan dəyişir?
POS satış — çıxış; alış qaiməsi — giriş; anbarlar arası transfer — bir anbardan çıxış, digərinə giriş; qaytarma — geri giriş. Manual düzəliş yalnız icazəli rollar üçün.
Partiya və maya dəyəri
Alış partiyası ilə maya dəyəri qeyd olunur; mənfəət hesabatı satış qiyməti ilə maya fərqini göstərir. İdxal mallarda valyuta maya dəyəri CBA kursu ilə hesablana bilər.
Minimum stok xəbərdarlığı
Məhsul kartında minimum səviyyə təyin edin — stok azaldıqda panel xəbərdarlıq verir. Pulsuz reorder point kalkulyatoru ilə ilkin plan qurmaq olar.