İşçi maaşı paneldən necə hesablanır?
Coo İşçilər (HRM) modulunda maaş cədvəli, vergi ayarları və avanslar idarə olunur. Sahibkar maaş kalkulyatorundan fərqli olaraq burada rəsmi işçi əməkhaqqı, tutmalar və işəgötürən payları workflow ilə hesablanır.
Maaş cədvəli
Ay üzrə maaş run — brüt maaş, tutmalar (DSMF, gəlir vergisi), net ödəniş. İşçi kartında bank rekvizitləri və vəzifə məlumatı saxlanılır.
Vergi presetləri
HRM vergi ayarları cari qanunvericiliyə uyğun yenilənir; panel presetləri ilə hesab. Dəqiq payroll üçün mühasib yoxlaması tövsiyə olunur.
Davamiyyət və avans
Davamiyyət jurnalı maaşa təsir edə bilər; avans tutulması növbəti ay cədvəlində nəzərə alınır. Pulsuz maaş kalkulyatoru ilə əl ilə yoxlama edə bilərsiniz.