POS növbəsi və gün sonu yekunu necə aparılır?
Kassa növbəsi — kassir işə başlayanda açılan, gün sonunda bağlanan dövr. Coo POS-da nağd açılış balansı, satışlar, nağd qutu fərqi və X hesabat bir axında; məlumat Maliyyə moduluna ötürülür.
Növbə açmaq
Kassir POS-a daxil olur, mağaza/anbar seçir və növbəni açır — nağd qutudakı ilkin məbləğ qeyd olunur. Veb POS, mobil Flutter kassa və Windows POS eyni prinsiplə işləyir; hər cihaz tenant sessiyası ilə bağlıdır.
Gün ərzində
Nağd, kart və veresiyə satışlar sifariş kimi qeyd olunur; hər satış anbar stokundan avtomatik çıxılır. Endirim, qaytarma və ləğv əməliyyatları rol icazəsinə görə məhdudlaşdırıla bilər.
Növbəni bağlamaq
Gün sonunda faktiki nağd sayılır, sistem balansı ilə müqayisə edilir. Fərq (artıq/əksik) qeyd olunur; kassa yekunu Maliyyə modulunda görünür. Pulsuz kassa gün sonu blankı aləti ilə kağız yoxlama da edə bilərsiniz.