Veresiyə satış və müştəri borcu necə izlənir?
POS-da “veresiyə” ödəniş növü ilə satış müştəri borcuna yazılır. Debts (Borclar) modulunda borc qalığı, ödəniş tarixçəsi və B2B limit izlənir; CRM-də müştəri kartı ilə birləşir.
POS-da veresiyə
Kassir satışı tamamlayarkən ödəniş növü olaraq veresiyə seçir — məbləğ müştəri balansına borc kimi düşür. Sonradan nağd/kart ödənişi borcdan çıxılır.
Debts modulu
Bütün debitor borclar siyahısı, vade tarixi, qismən ödəniş. Topdan alıcılar üçün kredit limiti təyin etmək mümkündür — limit aşılanda xəbərdarlıq.
Akt-sverka
Müştəri ilə dövr üzrə borc uyğunlaşdırması — panel hesabatı və ya pulsuz akt-sverka blankı PDF. Mühasibə təhvil üçün export.